Texniki Xidmət Əlfəcinin saytı düzəltdikdən sonra sayt üzərində dəyişiklikər etmək, problemlərin həll edilməsi və başqa bu tip xidmətlərdir. Texniki Xidmətin iki növü var.
1. Müştəridən Asılı Olmayan Problemlər (MAOP): Bu zaman Texniki Xidmət ödənişsiz olur. Təbii ki, məsələ saytın işində yarana biləcək problemlərdən gedir. Məsələn: sayt düzəldikdən iki gün sonra birdən saytda hansısa problem üzə çıxırsa və bunu müştəri etməyibsə, Əlfəcin ödənişsiz olaraq həmin problemi həll edir. Kənar faktorların təsiri ilə yaranmış problemlər isə Texniki Xidmətin bu növünə aid deyil.
2. Ödənişli Texniki Xidmət (ÖTX): Əgər müştərinin xətası ucbatından saytda problemlər yaranarsa və yaxud müştəri sayt üzərində iriçaplı hansısa dəyişiklilər etmək istəyərsə, bu zaman xidmət ödənişli olur. İriçaplı deyirik, çünki müştəri məmnuniyyəti bizim üçün işin ən önəmli tərəfidir. Texniki Xidmətin bu növünə aid olan xırda məsələləri istisna olaraq ödənişsiz də həll edirik.
Qeyd 1: İkinci növ Teexniki Xidmətin ödənişi standart deyil. Xidmətdən asılı olaraq dəyişir.
Qeyd 2: Texniki Xidməti adi suallarla qarışdırmaq olmaz. Nə vaxt, nə sualınız olsa, buyurun, yazın, sizə həmişə kömək etməyə hazırıq!